İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların təşkili üçün intensiv səylər davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan rəsmisi “Al Jazeera”ya bildirib.
“Al Hadas”ın məlumatına görə isə, ABŞ və İran Pakistan vasitəsilə - dolayı danışıqlar aparacaq. İran dolayı danışıqlara üstün verir.
İranın “Fars” agentliyi də yazıb ki, İran və ABŞ arasında danışıqların formatı hələ dəqiqləşməyib.