İran ABŞ-nin ölkənin enerji obyektlərinə qarşı təhdidləri olacağı təqdirdə vaxtında və adekvat cavab verəcək.
Sherg.az xəbər verir ki, bunu İranın neft nazirinin müavini, İran Milli Qaz Şirkətinin rəhbəri Səid Təvəkkoli "RİA Novosti"yə açıqlamasında bildirib.
Bundan əvvəl CNN telekanalının müxbiri Zakari Koen məlumatlı mənbəyə istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp hərbçilərə İranın enerji obyektlərinə zərbələr endirmək variantlarını hazırlamağı tapşırıb.
Mənbənin məlumatına görə, ABŞ İrana qarşı daha bir zərbə dalğası həyata keçirdikdən sonra qələbə elan edə və qoşunlarını qısa müddətdə regiondan çıxara bilər.
“Şübhəsiz ki, ABŞ-nin beynəlxalq normalara məhəl qoymayaraq özü üçün başlatdığı müharibə bütün dünyada enerji sektoruna təsir göstərib. İran düşmənin ölkəmizə vurmaq istədiyi zərərin və təhdidlərin qarşısını almaq üçün vaxtında, dəqiq və lazımi cavab tədbirləri görəcək”, – deyə Təvəkkoli Rusiya Enerji Həftəsi çərçivəsində bildirib.