"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft obyektlərində baş verən yanğınlar bəzi gəmilərin Hörmüz boğazından keçməsini təmin etmək istəyən ABŞ-nin səhvinin birbaşa nəticəsidir".
Teleqraf xəbər verir ki, bu barədə İranın "NourNews2 xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran BƏƏ-dəki obyektlərə heç bir hücum planlaşdırmamışdı və baş verənlər Tehranın qadağan etdiyi Hörmüz boğazından gəmilərin qanunsuz keçidi üçün şərait yaratmağa çalışan Amerika ordusunun uğursuzluqlarının nəticəsidir.
BƏƏ hakimiyyəti daha əvvəl Fuceyra əmirliyindəki neft kompleksinə pilotsuz təyyarə hücumunun böyük yanğına səbəb olduğunu və üç Hindistan vətəndaşının yaralandığını bildirmişdi. BƏƏ Xarici İşlər Nazirliyi İranın mülki hədəflərə qarşı yeni hücumlarını pisləyib və Əbu-Dabinin qisas almaq üçün qanuni hüququnu özündə saxladığını bildirib.