İranın buraxdığı qısamənzilli raketlər yalnız bir məqsədə xidmət edir: Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreynə hücum etmək.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Əl-Cəzirə”yə müsahibəsində deyib.
“İran son zamanlar gördüyümüz bütün dron və raketlərin istehsalını dayandırmalıdır. İran rejimi dünyanı təhdid etmək və şantaj etmək üçün nüvə silahına sahib olmaq istəyir, amma biz buna heç vaxt icazə verməyəcəyik. Onun yaratdığı təhlükə çox böyükdür.
İran indi nüvə proqramından və nüvə silahına sahib olmaq ambisiyasından imtina etmək üçün konkret addımlar atmalıdır”, - o vurğulayıb.