ABŞ və İran arasında kövrək atəşkəs davam etdiyi bir vaxtda Tehran Vaşinqtona yeni təklif irəli sürüb. Təklifə əsasən, əvvəlcə Hörmüz boğazının açılması və müharibənin dayandırılması, daha sonra isə nüvə danışıqlarına başlanması nəzərdə tutulur.
Sherg.az xəbər verir ki, İran üçmərhələli plan təqdim edib: hücumların dayandırılması, boğazın idarə olunması və sonda nüvə proqramının müzakirəsi.
Bu arada, ABŞ Prezidenti Donald Tramp komandasını toplayaraq növbəti addımları müzakirə edir, İran XİN rəhbəri Abbas Əraqçi isə Rusiyada Prezident Vladimir Putinlə görüş keçirib.