İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarəçilər Şurasının iclasında nüvə obyektlərinə qarşı hücum və təhdidlərin qəti şəkildə qadağan edilməsini tələb edib.
Sherg.az xəbər verir ki, İran nümayəndə heyətinin məlumatına görə, ABŞ və İsrail İranın nüvə obyektlərinə 17 dəfə hücum həyata keçirib. Bildirilir ki, bu zərbələr MAQATE-nin təminatları altında baş verib.
İran tərəfi xüsusilə qeyd edib ki, ən ciddi hücumlardan biri Buşehr Atom Elektrik Stansiyasına yaxın əraziyə endirilib və nəticədə insan tələfatı qeydə alınıb. Rəsmilər həmçinin ABŞ-nin yüksək vəzifəli şəxslərinin İran atom elektrik stansiyalarına zərbə endirilməsi ilə bağlı açıq təhdidlər səsləndirdiyini bildiriblər.
Məlumata görə, Buşehr AES-də bir neçə min kiloqram nüvə materialı saxlanılır və obyektə birbaşa zərbə böyük miqyaslı radioaktiv sızmaya səbəb ola bilər.
Qeyd edək ki, 2025-ci ilin iyununda ABŞ “Operation Midnight Hammer” əməliyyatı çərçivəsində İranın nüvə obyektlərinə zərbələr endirib.