İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkilini Kiyevin İsrailin ölkəyə endirdiyi zərbələri dəstəkləyən bəyanatlarına etiraz notası təqdim etmək üçün çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
“Rəsmi Kiyev sionist rejimin (İsrail) hərbi təcavüzünü dəstəkləməklə Ukraynanın BMT Nizamnaməsinin prinsip və məqsədlərini və Cenevrə Konvensiyasına hörmətlə bağlı beynəlxalq hüquqi öhdəliklərini heçə sayıb”, - İran XİN-də ukraynalı diplomata bildirilib.