İranda məktəblər qeyri-müəyyən müddətə distant rejimə keçdi

İranda ölkədə vəziyyət tam sabitləşənə qədər tədris prosesi məsafədən (distant) həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyi qurumun əsas prioritetidir.

Bu səbəbdən, ölkədə dayanıqlı şərait təmin olunana qədər orta məktəblərdə dərslərin qeyri-əyani formada davam etdirilməsi qərara alınıb.