İranın Məhkəmə Ssistemi siyasi məhbus Əli-Sina Mustafəvinin edam hökmünün icra edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, məhkəmə onu 2026-cı ilin mart–may aylarında Kirman şəhərində baş vermiş iki atışma hadisəsində günahlandırıb.
Mustafəvi 2025-ci ilin dekabrı-2026-cı ilin yanvarında keçirilən kütləvi etiraz aksiyalarında da iştirak edib. Məhkəmə onu ölkə xaricində fəaliyyət göstərən farsdilli media şəbəkələrinə foto və videolar göndərməkdə də ittiham edib.
İnsan hüquqları qurumlarının məlumatına görə, Əli-Sina Mustafəvi işgəncə altında ifadə verib və etiraflar edib.
Mustafəvi musiqiçi və alpinist olub.