
İranda xalq azadlıq və dəyişiklik istəyir
Yusif Nəzərli
08:58 12.04.2023
Dünya
719
Ölkədə iqtisadi vəziyyətin pisləşməsi də prosesin sönməyə doğru getməsinə imkan vermir
Aprelin 9-dan etibarən İranda etiraz fəallığı yenidən kəskin artıb. Etirazların əsas səbəbi ölkədə iqtisadi vəziyyətin pisləşməsi, rejimin basqısı və son zamanlar tələbələrin yenidən zəhərlənməsidir. Aprelin 9-da İranın 12 əyalətinin 16 şəhərində etiraz aksiyaları keçirilib. Bu etirazların əksəriyyəti iqtisadi motivli olub. Müxtəlif hökumət rəsmiləri və qurumları son həftələrdə elan ediblər ki, İranda inflyasiyanın səviyyəsi 40-50 faiz arasında dəyişir. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, hökumətə bağlı media orqanları İbrahim Rəisi administrasiyasının iqtisadi komandasında dəyişikliyin olacağı ilə bağlı xəbərlər yaymaqdadır.
Proqram və Büdcə Təşkilatının rəhbəri Məsud Mir Kazeminin və iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzinin istefaya göndəriləcəyi gözlənilir. Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb. Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Şərq"ə açıqlamasında deyib ki, İrandakı etirazların davamlı olmasının, rejimin bütün cəhdlərinə baxmayaraq, xalqın geri durmamasının əsas səbəbi odur ki, insanlar rejimdən beziblər. Politoloq bildirib ki, xalq azadlıq və dəyişiklik istəyir:
"Eyni zamanda İran hakimiyyəti daxilindəki zahirən görünməyən konfliktlər, sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, rejim dəyişikliyi istəyən xarici güclərin təsiri və s. kimi çoxsaylı faktorlar da prosesin sönməyə doğru getməsinə imkan vermir.
Aksiyaların başlanmasından indiyədək olan vəziyyətə dönüb baxsaq, görərik ki, hakim rejimin məcburən geri atdığı kiçik addımlar kütləni qane etmir.
Bu baxımdan aksiyaların iki-üç səlahiyyətlinin uzaqlaşdırılması ilə dayanması qeyri-mümkün görünür. Əksinə, hakimiyyət geri addım atdıqca, etirazların daha da artacağını güman etmək olar. İrandakı etirazları ümumiyyətlə, son illərdə dünyada baş verən ən unikal siyasi proses kimi dəyərləndirmək olar.
Bu qədər uzun müddətdə davam etməsi, rejimin ən qəddar cəzalarına baxmayaraq, insanların mübarizədən qorxub çəkinməməsi onu deməyə əsas verir ki, etirazlar gec-tez İranda ciddi siyasi dəyişikliklərə gətirib çıxaracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya