ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadasını tətbiq etmək üçün Oman körfəzi və Ərəbistan dənizində fəaliyyət göstərəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Mərkəzi Komandanlığında (CENTCOM) istinadla məlumat yayıb.
Blokada qərarı bu gün Bakı vaxtı ilə saat 18:00-da qüvvəyə minəcək.
Bəyanatda deyilir: “Blokada zonasına icazəsiz daxil olan və ya çıxan istənilən gəmi saxlanılacaq, istiqaməti dəyişdiriləcək və ya müsadirə olunacaq”.
Mərkəzi Komandanlıq blokadanın limanlar və neft terminalları da daxil olmaqla, amma bunlarla məhdudlaşmayaraq, İranın bütün sahil xəttini əhatə edəcəyini açıqlayıb. CENTCOM həmçinin qida, dərman və digər zəruri mallar da daxil olmaqla, humanitar yardımların daşınmasına yoxlanılmaq şərtilə icazə veriləcəyini vurğulayıb.