İranın BMT Forumuna sədr təyin edilməsi etirazla qarşılandı
Yusif Nəzərli
16:00 18.05.2023
Dünya
459
Parisdə fəaliyyət göstərən "ƏRK" Azərbaycan İnsan Haqları Cəmiyyəti İranın BMT-nin İnsan Haqları Sosial Forumunun rəhbər təyin olunması ilə əlaqədar bəyanat yayıb.
Bakupost.az “Report”a istinadən xəbər verir ki, sənəddə BMT İnsan Hüquqları Şurasının 2023-cü il üzrə rəhbəri üzv dövlətlərə məktub göndərdiyi bildirilib:
O, məktubunda noyabrın 2-3-də BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun Cenevrədəki mənzil-qərargahda keçiriləcəyini və tədbirə İranın BMT-nin Cenevrədəki Baş Qərargahındakı daimi nümayəndəsi, səfir Əli Bəhreynin rəhbərlik edəcəyini yazıb. İran nümayəndəsi BMT İnsan Hüquqları Şurasının Sosial Forumunun sədri təyin edilib. Bu tədbirdə postpandemiya dövrü də daxil olmaqla insan hüquqlarının qorunmasında texnologiyanın rolu araşdırılacaq. Bu məsələdə İslam Respublikası “rekord” vurub. İki gün əvvəl BMT İnsan Haqları Şurası İranda edam dalğasından dərin narahatlığını bildirib. Şuranın açıqlamasında bildirilir ki, bu il İran hökuməti orta hesabla hər həftə 10 nəfəri edam edib və bu rəqəmi “dəhşətli” adlandırıb. Şura İran hökumətindən dünyanın digər ölkələrində olduğu kimi, edamları dayandırmağı tələb edib”.
Bəyanatda vurğulanıb ki, İran dünyada öz xalqının insan haqlarını kobud və davamlı şəkildə pozmaqda ittiham olunan azsaylı ölkələrdəndir: “BMT İnsan Haqları Şurası bunun üçün xüsusi məruzəçi təyin edib. Bununla belə, İslam Respublikasının hakimiyyət orqanları xüsusi məruzəçinin İrana daxil olmasına icazə verməyiblər. “ƏRK” Azərbaycan İnsan Haqları Cəmiyyəti İran İslam Respublikası nümayəndəsinin BMT İnsan Haqları Şurasının Sosial Forumunun sədri vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı etirazını bəyan edir. Çünki İran bütün sahələrdə insan haqlarını, o cümlədən qeyri-fars millətlərin hüquqlarını pozur və Ümumdünya İnsan Haqları Xartiyasına əməl etmir. ƏRK cəmiyyəti digər hüquq müdafiəçiləri ilə birlikdə İranın İnsan Haqları Şurasının Sosial Forumuna sədrliyini ləğv etmək üçün bütün səylərini əsirgəməyəcək”.
“BMT-nin müxtəlif departamentlərinin rəhbərlərinin seçilməsi rotasiya ilə keçirilir, ona görə də bəzən seçimlər uyğun olmur. İran BMT-nin İnsan Haqları Şurasının sədrliyinə Asiyadan yeganə namizəd idi və başqa namizəd yox idi. Bu vəziyyət Rusiya ilə də bağlı baş verdi. Belə ki, ötən ay Rusiya bu təşkilatın ən mühüm orqanı olan Təhlükəsizlik Şurasının rəhbəri seçildiyindən BMT İnsan Haqları Şurasından çıxarılıb. BMT-nin “Human Rights Watch” təşkilatı bu təyinatın ləğvi üçün kampaniyaya başlayıb. İnsan haqları institutunun başına minlərlə günahsız insana vəhşicəsinə işgəncələr verən, onları edam edən bir rejimin təyin edilməsi qəbul edilə bilməz. İndi insan haqları müdafiəçilərinin 2023-cü ilin noyabrına qədər altı ay vaxtı var ki, İranı “Qadın Statusu Komitəsi”ndən çıxardıqları kimi, bu vəzifədən də uzaqlaşdırsınlar. Qeyd edək ki, insan hüquqları üzrə beynəlxalq ekspert, hüquq elmləri doktoru, yazıçı, “United Nations Watch” təşkilatının icraçı direktoru Hillel Noyer İranın BMT-nin İnsan Haqları Sosial Forumunun sədri təyin edilməsini “üzə vurulan sillə” adlandırıb: “Bizim petisiyamızı 50 mindən çox insan imzalayıb. 100 minə çatdıqda, noyabrda BMT İnsan Haqları Şurasının Forumunun açılışına qədər təyinatın ləğvi və İran İslam Respublikasının sədrlik vəzifəsindən uzaqlaşdırılması haqqında qətnaməni yayacağıq”, - sənəddə qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm