İranın qərargah rəisi öldürülən hər bir əsgərin qisasının alınacağına söz verdi

İran Silahlı Qüvvələrinin rəsmisi bundan sonra ABŞ-nin zərbələri nəticəsində həlak olan hər bir iranlıya görə bir amerikalı hərbçini öldürəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəhbəri Əli Abdullah açıqlamasında bildirib: “İran İslam Respublikasının şəhid olmuş hər bir vətəndaşına görə bir amerikalı hərbçi məhv ediləcək”.

Qeyd edək ki, ABŞ-İran qarşıdurmasında növbəti gərginlik iyulun 8-də başlayıb.