İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!

İran Silahlı Qüvvələri ABŞ-ın hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə vurulacaq hədəflərin siyahısını hazırlayıb.

Sherg.az Teleqraf-a istiandla xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, siyahı hazırlanarkən qarşılıqlılıq prinsipi nəzərə alınıb.

Plana görə, ABŞ və ya İsrail İranın enerji infrastrukturuna zərbə endirərsə, İran İsraildəki elektrik stansiyalarına və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə hücum edəcək. Vaşinqton dəniz blokadasını davam etdirərsə, Tehran Bab əl-Məndəb boğazını bağlamağı və Hörmüz boğazını minalamağı planlaşdırır.

Qeyd olunub ki, ABŞ-ın İran ərazisində mümkün quru əməliyyatına cavab olaraq, Tehran yerli əhaliyə və proksi qüvvələrə müraciət edərək bölgədəki Amerika bazalarının ələ keçirilməsini təşkil etməyə çalışacaq.