İranla danışıqlarda onlar iştirak edəcək - Tramp

İranla danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, kürəkəni Cared Kuşner və ehtimal ki, vitse-prezident Ceyms Devid Vens iştirak edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp ABC-yə verdiyi müsahibəsində deyib.

Bundan başqa Tramp əvvəllər İranla danışıqlar üçün yaxşı perspektivlər gözlədiyini vurğulayaraq, razılığa gəlmək üçün çox az fikir ayrılığının qaldığına əminliyini bildirib.

Tramp hələlik vitse-prezidenti ilə bu barədə danışmadığını deyib.

Qeyd edək ki, Tramp daha əvvəl İran rəsmiləri ilə müqavilə imzalamaq üçün Amerika nümayəndə heyətinə kimin rəhbərlik edəcəyinə qərar vermədiyini açıqlamışdı.