İran Hörmüz boğazına nəzarət etdiyi üçün ABŞ-a təzyiq göstərə bilir və Tehran bunu dərk edir.
Axar.az xəbər verir ki, bunu amerikalı konqresmen Cim Hayms deyib.
"İran Hörmüz boğazına nəzarət edir. Benzinin qiyməti bir qallon (təxminən 3.7 litr ) üçün 1 dollardan çox artıb. Və iranlılar anladılar ki, onların güclü təsir rıçaqları var",- o bildirib.
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran tərəfi İsrailə, o cümlədən ABŞ-ın regiondakı hədəflərinə cavab zərbələri endirir, həmçinin Hörmüz boğazını da gəmilərin keçidi üçün bağlayıb.