İraq İsveçlə diplomatik əlaqələrini kəsəcəyi barədə xəbərdarlıq edib
10:21 20.07.2023
Dünya
351
İraq Stokholmda Quran yandırmaq üçün ikinci etiraz aksiyası keçirilərsə, İsveçlə diplomatik əlaqələrini kəsəcəyi barədə xəbərdarlıq edib.
APA xəbər verir ki, bu barədə İraq Baş nazirinin Ofisinin yaydığı məlumatda bildirilib.
"İraq hökuməti diplomatik kanallar vasitəsilə İsveç hökumətini məlumatlandırıb ki, İsveç torpağında "Qurani-Kərim"in yandırılması ilə bağlı insidentin təkrarlanması diplomatik əlaqələrin kəsilməsini zəruri edəcək", - İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin ofisindən verilən açıqlamada deyilir.
Bəyanatda “sülhə təhlükə yaradan, zorakılıq və nifrət mədəniyyətini təşviq edən” bu cür “təxribatçı” hərəkətlər pislənb.
Bəyanatda qeyd olunub ki, iraqlı etirazçıların İsveçin Bağdaddakı səfirliyinə od vuraraq Quranın yandırılmasına etiraz etməsindən sonra Baş nazir Sudani yüksək səviyyəli təhlükəsizlik və diplomatik rəsmilərlə görüşüb. Görüş zamanı rəsmilər "İsveçin Bağdaddakı səfirliyinin yandırılmasını qətiyyətlə pisləyərək, bunu təcili tədbirlər görülməsini tələb edən ciddi təhlükəsizlik pozuntusu kimi qiymətləndiriblər.
Fövqəladə iclas zamanı Bağdaddakı İsveç səfirliyinin yandırılmasına görə məsuliyyət daşıyan həbs edilən şəxslərin ədliyyə orqanlarına təhvil verilməsi qərara alınıb".
Bəyanatda deyilir ki, İraq “bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini və müdafiəsini təmin etmək öhdəliyini bir daha təsdiqləyir və onlara qarşı yönələn istənilən hücuma qarşı durmağa söz verir”.
İraq təhlükəsizlik mənbəsinin AFP-yə verdiyi məlumata görə, İsveç səfirliyi qarşısında etiraz edən 20-yə yaxın şəxs nəzarətə götürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya