İspaniya hökuməti Ukraynaya beş ədəd "Patriot" raketi təhvil vermək barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Məlumata görə, söhbət ordunun Valensiyadakı zenit-artilleriya alayının silahlanmasında olan PAC-2 tipli raketlərdən gedir. Birinin dəyəri 3-4 milyon ABŞ dolları olan bu raketlər Madridin PAC-3 versiyasına keçid proqramı çərçivəsində ayrılıb.