İsrail Müdafiə Qüvvələri (İMQ) şimaldakı yaşayış məntəqələrini qorumaq üçün lazım olduğu müddətdə Livanın cənubundakı təhlükəsizlik zonasında qalacaq və əsgərlərinə qarşı təhdidlərin aradan qaldırılması üçün hərəkət azadlığını qoruyacaq.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a İsrail hərbi mənbəsi bildirib.
Mənbə qeyd edib ki, İsrail ordusu Hizbullah tərəfindən razılaşma pozulacağı təqdirdə, ABŞ ilə birgə hərəkət edəcək.
Hərbi mənbə həmçinin bildirib ki, pilot layihə ABŞ-nin rəhbərliyi ilə həyata keçiriləcək: "Pilot zona layihəsinin məqsədi Hizbullahı tərksilah etmək və qanunsuz silahları yığışdırmaqdır. Pilot layihə Livan Silahlı Qüvvələrinin üç kənddəki pilot zonalarda suveren imkanlarının sınağıdır".