İsrail Qərb sahilində yeni yaşayış məntəqələrinin tikintisinə icazə verdi

İsrail hakimiyyəti Qərb sahilində 19 yeni qanunsuz yaşayış məntəqəsinin tikintisinə icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qərar İsrail Təhlükəsizlik Kabinetinin iclasında qəbul olunub. Layihə Maliyyə naziri Betsael Smtoriç və Müdafiə naziri İsrael Kats tərəfindən təqdim edilib.

Bildirilir ki, 7 oktyabr 2023-cü ildən Qəza sektorunda İsrail qanunsuz yaşayış məntəqələrinin tikintəsini sürətləndirib və Qərb sahilində mövcudluğunu genişləndirmək niyyətini açıqlayıb.

“Peace Now” təşkilatının məlumatına görə, 2024-cü ildə (Şərqi Qüds nəzərə alınmadan) Qərb sahilində təxminən 3 milyon fələstinli yaşayır, İsrail sakinlərinin sayı isə 500 min nəfəri keçib. 11 dekabr tarixində hökumət tərəfindən təsdiqlənmiş 19 məntəqədən əlavə, fələstin torpaqlarında 141 qanunsuz və 224 qeyri-qanuni məntəqə mövcuddur. Beləliklə, Qərb sahilindəki ümumi qanunsuz yaşayış məntəqələrinin sayı 365-ə çatır.