İsraildə fələstinli məhbusların saxlanıldığı Ketziot həbsxanasının ətrafına timsah yerləşdirilməsi planı ölkədə mübahisələrə səbəb olub.
Sherg.az xəbər verir ki, Qüds Rayon Məhkəməsi planın həyata keçirilməsini əlavə hüquqi araşdırmalar başa çatana qədər dayandırıb.
Bundan sonra ətraf mühitin mühafizəsi naziri İdit Silman və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həbsxana ətrafında qazılan xəndəklərə baş çəkərək görüntülər paylaşıblar. Ben-Qvir bildirib ki, məhz həmin ərazidə timsahlar yerləşdirilməlidir və məhkəmənin qərarını tənqid edib.
Bu arada İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı irəli sürdüyü planı qəbul etmədiklərini açıqlayıb. Onun sözlərinə görə, Vaşinqtonun təqdim etdiyi layihə İsrailin mövqeyini əks etdirməyib və hökumət sənədə dəyişikliklər təklif edib.