İsrailin son sutka ərzində Livanın müxtəlif bölgələrinə hava hücumları nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Teleqraf xəbər verir ki, Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrailə məxsus pilotsuz təyyarə Mərvaniyyə şəhərində bir motosikleti hədəfə alıb. Hücum nəticəsində 2 nəfər ölüb.
Zibdin şəhərinə təyyarə hücumu nəticəsində biri tibb işçisi olmaqla 4 nəfər həlak olub.
Aba şəhərində iki suriyalı uşaq ölüb, ataları isə yaralanıb.
İsrailin Livanın cənubundakı müxtəlif ərazilərə hücumları nəticəsində 13 nəfər həlak olub.
Beləliklə, bu gün İsrailin Livana hücumlarında ölənlərin sayı 21-ə çatıb.