İtaliyada sərt məhdudiyyətlər may ayına qədər qüvvədə qalacaq
00:04 28.03.2021
Dünya
468
İtaliya hökuməti pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin müddətini Pasxa bayramından sonra da uzatmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, hökumət ölkədə epidemioloji vəziyyəti əks etdirən işıqfor sistemində aprelin sonunadək heç bir regionun sarı rəngdə təsvir olunmayacağını elan edib. Bu da İtaliyada karantin qaydalarının yalnız may ayında yumşaldıla biləcəyinə işarədir.
İtaliyada koronavirusa yoluxmanın effektiv reproduksiya əmsalı bir həftə ərzində 1,16-dan 1,08-ə düşsə də, ölkənin 20 regionu yoluxma səviyyəsindən asılı olaraq işıqfor sistemində narıncı və ya qırmızı rəngdə olacaq və bu da ən yüksək məhdudiyyətlərin qüvvədə qalacağını göstərir.
Qeyd edilib ki, Pasxa bayramının qeyd ediləcəyi 3-6 aprel tarixlərində isə bütün İtaliya ərazisində qırmızı rəng rejimi tətbiq olunacaq. Bu isə ictimai həyatın maksimum məhdudlaşdırılması, qastronomiya və əksər ticarət obyektlərinin bağlı olacağı anlamına gəlir.
İtaliya Ali Səhiyyə İnstitutunun rəhbəri Silvio Brusaferro mətbuata verdiyi açıqlamada tətbiq olunan məhdudiyyətlərin artıq nəticə verdiyini və yoluxma qövsünün artım tempinin azaldığını bildirib. O, eyni zamanda yeni yoluxmaların azalması ilə sabitləşmənin ilk siqnallarının da müşahidə olunduğunu qeyd edib.
İtaliya hökuməti səhiyyə sistemində çalışanlar arasında peyvənd vurdurmaqdan boyun qaçıranlara qarşı tədbirlər görməyə hazırlaşır. Baş nazir Mario Draqi bildirib ki, İtaliyada peyvənd icbari deyil, lakin səhiyyə sistemində çalışan və peyvənd vurdurmaqdan imtina edən şəxslərin pasiyentlərlə ünsiyyətdə olması yolverilməzdir. Ona görə də hazırda tibbi heyət tərkibində peyvənddən imtina edənlərin ya pasiyentlərlə ünsiyyət tələb olunmayan yerlərdə çalışması və ya xidməti fəaliyyətinin dondurulması təklif olunur. Qeyd edilib ki, ölkədə səhiyyə sistemində çalışanların 75 faizi, ahıllar evlərinin sakinlərinin isə 70 faizi artıq koronavirusa qarşı peyvənd olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya