Jurnalist müsahibə üçün zəng etdi, Bayden nömrəsini dəyişdi

“ABŞ-nin keçmiş prezidenti Co Baydenə müsahibə üçün zəng etdim, amma o bundan sonra nömrəsini dəyişdi”.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” (NYT) qəzetinin müxbiri Tayler Peycer bildirib.

Jurnalist ABŞ Prezidenti Donald Trampla müsahibəsi zamanı deyib: “Zəng etdim, o isə nömrəsini dəyişdi”.

Donald Tramp da öz növbəsində jurnalistə sələfindən fərqli olaraq müsahibəyə razılıq verdiyini və nömrəsini dəyişdirmədiyini söyləyib. Prezident sələfinin uzun müsahibəyə dözə bilməyəcəyini, artıq ayaq üstə dayana bilmədiyini də qeyd edib.