Kabus ordan başlamışdı
Məlahət Rzayeva
07:20 08.04.2021
Dünya
687
90 gündə koronavirusa qalib gələn şəhərə bir də indi baxın!
2019-cu ilin sonlarında ölümcül koronavirusla dünyaya səs salmış Çinin Vuhan şəhərində hazırda həyat normal şərtlərlə davam edir. Vuhan bunu necə bacardı? Bu şəhərin əhalisinin sayı bəzi ölkələrdə, o cümlədən Azərbaycanda da əhalinin ümumi sayıdır – 11 milyon. Amma bu şəhər cəmi 90 gün içində koronavirusa qalib gəlməyi bacarıb. Yalnız sərt tədbirlər həyata keçirilməklə. 90 gün müddətində şəhərin əhalisi ancaq zəruri ərzaq ehtiyaclarını ödəməli olduqda evdən çıxıblar. Zəruri olmadan evdən çıxanlara qarşı sərt cəzalar tətbiq edilib. Nəticədə Vuhan hazırda dünyanın bir çox yerindən daha güvənli vəziyyətdədir. Bu günlərdə Vuhandan yeni görüntülər yayılıb. Şəhər gözəlliyi ilə valeh edir. Heç düşünə bilmirsən ki, 1 il əvvəl bura ətrafa dəhşət saçan, “ruhlar şəhəri” adı verilmiş inzibati mərkəz idi.
Vuhan dünya meqapolisləri sırasında 42-ci yerdədir. 3 qəsəbənin birləşməsindən bir şəhər əmələ gəlib. Sürətli inkişaf sayəsində ölkənin ən önəmli ticarət və sənaye şəhərlərindən birinə, eyni zamanda mədəniyyət mərkəzinə çevrilib.
Yantsı çayı və onun bir qolu olan Han çayının birləşdiyi nöqtədə yerləşən Vuhan strateji mövqeyə malikdir. Qərbdə Vuhan “Çinin Çikaqosu” adlandırılır. Vuhanda çox qısa bir zaman içində bu gün ölkənin rəmzləri hesab edilən göydələnlər ucaldılıb. Son 10 ildə sürətlə inkişaf edib.
Çin hökuməti bu gün də koronavirusun Vuhandakı canlı heyvan bazarından yayıldığı iddialarını rədd edir. Çin rəsmiləri virusun qaynağının İtaliya, ya da Hollandiya ola biləcəyini iddia edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə