Kamboca silahlı qüvvələri Taylandla sərhədə T-55 tankları və çoxsaylı reaktiv yaylım atəş sistemləri yerləşdirib.
Teleqraf xəbər verir ki, bu gün Tailandın F-16 qırıcıları Kambocanın mövqelərinə zərbələr endirib.
İki ölkə arasında sərhəddə qarşıdurmalar dekabrın 8-də başlayıb. Tayland Kambocanı Buriram əyalətində mülki ərazilərə hücum etməkdə ittiham edib. Bundan əvvəl Tailand və Kamboca arasında sərhəddə toqquşma olmuşdu.
Tailand Kamboca ilə sülh danışıqlarından imtina edib və yayda əldə olunan atəşkəsdən sonra yeni hərbi əməliyyatlara icazə verən qətnamə qəbul edib.