Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin yeni Konstitusiyanın qəbuluna dəstək verməsi üçün ictimai təzyiq mexanizmlərindən istifadə edə biləcəklərini bildirib.
Sherg.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, hakimiyyət elə bir ictimai təzyiq yarada bilər ki, müxalifət Konstitusiya dəyişikliklərinin lehinə səs verməyə məcbur qalar.
O, yeni Konstitusiyanın qəbulundan sonra sülh sazişinin imzalanacağına və ratifikasiya ediləcəyinə zəmanət verə biləcəyini deyib. Baş nazirin fikrincə, belə bir şəraitdə müxalifətin dəyişikliklərə qarşı çıxması siyasi baxımdan onun özünə zərbə olar.
Paşinyan əlavə edib ki, bu ssenari nəticə verməsə, hakimiyyət növbədənkənar seçkilərə gedə bilər. Bununla belə, o, son siyasi proseslərin növbədənkənar seçkilərə ehtiyacı azalda biləcəyini vurğulayıb.