Ermənistan parlamentinin spikeri Ruben Rubinyan deputatlar arasında baş verən davaya görə müxalifəti ittiham edib.
Sherg.az xəbər verir ki, Rubinyan “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanı qarşıdurmanı başlamaqda günahlandırıb və deputat köməkçilərinin davada iştirakının təsdiqlənəcəyi təqdirdə onların parlament binasına girişinə qadağa qoyulacağını bildirib.
“Əgər bunun təkrarlanmasını istəyirsinizsə, mənim etirazım yoxdur. Yoxsa susun və dinləyin”, – deyə Rubinyan vurğulayıb.
Qeyd edək ki, oktyabrın 29-da Ermənistan parlamentində baş verən davada onlarla deputat iştirak edib. Qarşıdurma zamanı yumruqlardan və butulkalardan istifadə olunub, parlamentin vitse-spikeri Vaahn Aleksanyan isə müxalifət tərəfə kreslo atıb. Baş nazir Nikol Paşinyan komandasının hərəkətlərini dəstəkləyib.