La Liqa təmsilçilərindən “Real Madrid”in qapıçısı Tibo Kurtua komandanın heyətinə qayıdıb.
Teleqraf AS-a istinadla xəbər verir ki, belçikalı qolkiper İspaniya çempionatının 11-ci turunda “Rasinq”lə keçiriləcək matçda meydana çıxa bilər.
34 yaşlı qapıçı qrip səbəbindən ötən həftəsonu “Barselona” ilə keçirilən “El Klasiko”nu buraxıb.
Həmin qarşılaşmada “Real Madrid” səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edib. Komandanın qapısını ukraynalı Andrey Lunin qoruyub.
Qeyd edək ki, “Rasinq” – “Real Madrid” oyunu noyabrın 1-də keçiriləcək.