Kanada mediasında Azərbaycandakı mina böhranından bəhs olunub
Yusif Nəzərli
12:27 18.05.2023
Dünya
471
Kanadanın https://www.thej.ca xəbər portalında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanda yaranmış mina böhranına diqqət cəlb edilib.
Məqalədə bildirilib ki, Ermənistanın 1991-2020-ci illəri əhatə etmiş hərbi işğalı dövründə Azərbaycanda kütləvi şəkildə basdırılmış minalar mülki əhali üçün ciddi təhlükə mənbəyi kimi qalmaqdadır. Azərbaycanın Tərtər rayonunda minalardan təmizləmə sahəsində çalışan 3 gəncin 2023-cü il aprelin 28-də növbəti mina partlayışı nəticəsində həlak olduğu buna misal gətirilib.
2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsinin Ermənistanın işğalına son qoyduğu, cari məlumatlara görə, 147 988 ha ərazinin yüksək çirklənmə, 675 570 ha ərazinin isə orta və aşağı təhlükə zonaları hesab olunduğu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanda 168 yerüstü partlayışın baş verməsi nəticəsində 288 nəfərin həlak olduğu, 30 illik işğal dövründə bu rəqəmin 3367 nəfəri əhatə etdiyi, beynəlxalq təzyiqlərə baxmayaraq, 2022-ci ilin avqustunda Azərbaycanın Laçın, Kəlbəcər və Daşkəsən rayonlarında aşkar edilmiş 3166 minanın Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunduğu kimi faktlar diqqətə çatdırılıb.
Azərbaycanın bu problemə baxmayaraq, Ottava Konvensiyasının məqsədini ardıcıl olaraq dəstəklədiyi, onun həyata keçirilməsinə öz töhfəsini verdiyi vurğulanıb. Lakin konvensiyada başqa dövlətlərin ərazisinə mina yerləşdirən ölkənin məsuliyyətinə aydınlıq gətirilməməsi məqamını Azərbaycanın ciddi qüsur adlandırdığı bildirilib:
“Azərbaycan hesab edir ki, bu məsuliyyətin nəzərə alınması piyada əleyhinə minalardan istifadənin qadağan edilməsi, təcavüzün qarşısının alınması baxımından vacibdir. Ermənistanın davam edən destruktiv siyasəti və mövqeyi Ottava Konvensiyasının fəlsəfə və məqsədlərinə ziddir, regional təhlükəsizliyə xələl gətirir”.
Məqaləni bu linkdən oxumaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm