Kanadalı seysmoloq: “Türkiyədəki zəlzələ ən güclülərin ilk onluğundadır”
Yusif Nəzərli
08:47 13.02.2023
Dünya
454
“Türkiyədə baş verən son zəlzələlər dünyada indiyə qədər qeydə alınan ən böyük quru əsaslı (episentri quruda olan) zəlzələlər sırasındadır”.
Bu barədə Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Viktoriya Universitetinin seysmologiya professoru Edvin Nissen deyib.
“Ən güclü zəlzələlər, adətən okeanlarda olur. Bu təkanlar isə indiyə qədər qeydə alınmış ən güclü kontinental zəlzələlərin ilk 10-luğuna daxildir”, - deyə o izah edib.
Professor bildirib ki, zəlzələnin sakinlərin sıx məskunlaşdığı yerdə olması fəlakətin miqyasının artmasına gətirib.
“Zəlzələnin gecə vaxtı və qış mövsümündə baş verməsi belə çox ölüm və yaralı sayının arxasında dayanan daha bir amildir”, - deyə o əlavə edib.
Nissen qeyd edib ki, təbii fəlakət 1939-cu ildə ölkənin şərqindəki Ərzincan vilayətində 30 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Türkiyə tarixində ən ölümcül fəlakətdir.
Qeyd edək ki, bundan əvvəl AFAD-ın (Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi) zəlzələ və risklərin azaldılması üzrə baş direktoru Orhan Tatar Kahramanmaraşda baş verən 7,7 bal gücündəki zəlzələlərin 500 atom bombasının təsirinə və enerjisinə malik olduğunu bildirmişdi.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası 7,7 bala kimi çatan zəlzələlər baş verib. Episentri Kahramanmaraş olmaqla Türkiyənin cənub-şərqində 10 vilayətə təsir göstərən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 29,6 min nəfəri keçib. “Əsrin fəlakəti” qonşu Suriyada da ölümcül təsir qoyub. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, zəlzələdən sonra təxminən 8,5 min insan həyatını itirib, 10 minə yaxın insan yaralanıb. Bununla belə qurbanların sayının hər gün artdığı vurğulanıb.
Mənbə: “Anadolu” Agentliyi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol