Keçmiş Papa etiraf edib: Uşaqların cinsi istismarına dair aparılan istintaqda yalan ifadə verib
Yusif Nəzərli
14:06 25.01.2022
Dünya
857
Keçmiş Papa XVI Benedikt Almaniyada uşaqların cinsi istismarı ilə bağlı aparılan istintaqda yalan ifadələr verdiyini etiraf edib.
"Sherg.az" "Cumhuriyet"ə istinadən xəbər verir ki, 2013-cü ildə istefa verən keçmiş Papa XVI Benedikt Almaniyada Münhen arxiyepiskopu vəzifəsində işlədiyi 1977-1982-ci illərdə uşaqlara təcavüzdə ittiham olunan din xadimlərinə göz yummaqda günahlandırılır. Bu ittiham alman hüquq təşkilatı "Westpfahl Spilker Wastl"ın katolik kilsəsinin göstərişi ilə sui-istifadə hallarını araşdıran hesabatında yer alıb. Keçən həftə açıqlanan hesabatda, Papa olmadan əvvəlki adı ilə vurğulasaq, yəni Cozef Ratzinger, Münhen Baş Yepiskopluğu olduğu müddətdə 4 təcavüz hadisəsində günahlandırılıb.
1000-dən çox səhifəlik hesabatda Ratzingerə qarşı irəli sürülən ittihamlar arasında onun 1980-ci ildə uşaq istismarında ittiham olunan bir keşişlə bağlı iclasda iştirakı da var. Məlumata görə, bu görüşdə Essen şəhərində xidmət edərkən 11 yaşlı uşağa təcavüz etməkdə günahlandırılan keşiş Peter Hullermanın Münhen yeparxiyasına köçürülməsinə qərar verilib.
Alman Katolik Xəbər Agentliyi KNA-ya göndərilən və Vatikanın xəbər saytında dərc edilən bəyanatda keçmiş Papa 1980-ci ildə bu görüşə qatıldığını etiraf edib. Bununla belə, o, istintaq qrupuna verilən dezinformasiyanın redaksiya xətası olduğunu iddia edib.
Keçmiş Papa şəxsi katibi Georg Gansveyn vasitəsilə təəssüfləndiyini bildirib.
Digər tərəfdən, açıqlamada ittihamların diqqət mərkəzində olan keşişin dini vəzifələrinin davam etdirilməsi ilə bağlı bu iclasda heç bir qərarın verilmədiyi və müalicə üçün Münhenə qəbul edilməsi tələbinin olduğu vurğulanıb.
Hullermann isə, 1986-cı ildə uşaqlara qarşı cinsi istismara görə məhkum edilib.
Katib Gänswein də keçmiş Papanın yaşlı olmasına və səhhətinə görə hesabatı hələ oxuyub bitirmədiyini və tam oxuduqdan sonra yeni açıqlama verəcəyini açıqlayıb.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya