Kİpr və Fransa arasında hərbi müqavilə imzalanıb.
Teleqraf xəbər verir ki, sənəd Kipr müdafiə naziri Vassilis Palmas və onun fransalı həmkarı Ketrin Votrin Nikosiyada keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində imzalanıb.
Vassilis Palmasın qeyd etdiyi kimi, bu müqavilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni təməl yaradır və iki ölkənin hərbi qulluqçularının xarici ərazilərdə xidmət etdikləri müddətdə hüquq və vəzifələrini aydın şəkildə tənzimləyir.
Onun sözlərinə görə, Fransa ilə yeni bir əməkdaşlıq səviyyəsinə çatmaq Kipr Respublikasına "əlavə strateji dərinlik" verir və Şərqi Aralıq dənizində sabitliyin dayağı kimi statusunu gücləndirir.
Ketrin Votrin öz növbəsində Nikosiyanı adanın maraqları və təhlükəsizliyi təhdid altında olduğu istənilən vəziyyətdə Parisin sarsılmaz həmrəyliyinə əmin edib.