KİV: ABŞ Rusiya aktivlərini Ukraynaya verməmək üçün Aİ-yə təzyiq edir

ABŞ administrasiyası Avropa İttifaqı ölkələrinə təzyiq göstərir ki, onlar Rusiyanın dondurulmuş aktivlərindən 210 milyard avronu Ukraynanın maliyyələşdirilməsi üçün istifadə etmək planından imtina etsinlər.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ məqsədinə çatmaq üçün dekabrın 18–də keçiriləcək vacib sammit ərəfəsində Aİ ölkələrinin liderlərinə qarşı böyük təzyiq göstərir.