
KİV: Fransaya növbəti dəfə qapını göstərdilər
KİV: Fransaya növbəti dəfə qapını göstərdilər
Yusif Sultanoğlu
06:43 19.04.2024
Dünya
482
“Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət strukturları növbəti dəfə Fransanın imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər.
APA xəbər verir ki, bu barədə dövri silsilə yazılarla çıxış edən “Observer Online”nın 18 apreldə yayımlanan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilir.
Məqalədə deyilir: “Azərbaycanın təhlükəsizlik orqanında gedən cinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non-qrata” elan edib Parisə yola salan Azərbaycanın təcrübəsini bir neçə dövlət xüsusi həvəslə davam etdirmiş, eləcə də Burkina-Faso 16 aprel 2024-cü il tarixli notası ilə 3 fransız “diplomatı” pozucu fəaliyyətlərinə görə “persona-non qrata” elan edərək ölkədən çıxarılmalarını təmin etmişdir. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir.
“Observer Online” eksklüziv notanı oxucuları ilə bölüşüb.

Notada deyilir: "Aprelin 18-də “France 24” kanalı deyir ki, rəsmi Paris diplomatların ölkədən qovulmasını əsassız hesab edir. “Burkina rəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaq təəssüf hissi keçiririk” – Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan bildirir.
Paralel olaraq, Fransanın müstəmləkə siyasətindən tarix boyu əziyyət çəkmiş Yeni Kaledoniya dövlətinin nümayəndə heyəti hazırda Azərbaycan Milli Məclisində rəsmi qonaqdır.
“Bu sənəd Yeni Kaledoniya üçün həm də “yol xəritəsi”dir. Bu baxımdan Azərbaycan parlamenti ilə imzaladığımız memorandumun Fransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısının alınmasına öz töhfəsini verməsini istərdik” – Yeni Kaledoniya Konqresinin komitə sədri Omayra Naiselin 18 aprel 2024-cü ildə Azərbaycan Milli Məclisindəki çıxışında deyib.
Fransa Respublikasının xaricdəki səfirləri arasında E.Makronun ən yaxından tanımağa məcbur olduğu yeganə səfir - Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə bu baş verənləri Parisdən izləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət