Rusiyanın TASS agentliyi Rusiyayönlü yeraltı hərəkat nümayəndələrinə istinadən iddia edib ki, Ukrayna rəhbərliyi Donetsk vilayətinin Konstantinovka istiqamətində həlak olan Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin cəsədlərinin təxliyəsini həyata keçirmir.
Sherg.az xəbər verir ki, mənbənin sözlərinə görə, bu qərarın NATO sammiti ərəfəsində informasiya fonunu qorumaq və cəbhədəki itkilərin miqyasını ictimaiyyətə açıqlamamaq məqsədi daşıdığı iddia olunur.
Həmçinin bildirilir ki, həlak olan hərbçilərin rəsmi qeydiyyata alınması dövlətin onların ailələrinə kompensasiya ödəməsini tələb etdiyindən, maliyyə öhdəliklərindən yayınmaq üçün bəzi hərbçilərin itkin düşmüş kimi rəsmiləşdirildiyi irəli sürülür.
Qeyd edək ki, bu məlumat yalnız Rusiyanın TASS agentliyinin və onun istinad etdiyi mənbələrin iddialarına əsaslanır. Ukrayna rəsmiləri bu iddialarla bağlı rəsmi açıqlama verməyib və məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.