Kobaxidze: Aİ ilə üzvlük danışıqlarını bu gün imzalamağa hazıram
12:15 29.11.2024
Dünya
357
Üzvlük danışıqlarına başlamaqla şantaja son qoyulmalıdır. Əgər onlar danışıqlara başlamaq istəyirlərsə, qoy bunu masaya qoysunlar və mən bu gün onu imzalayacam.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında deyib.
“Biz açıq şəkildə bildirdik ki, bu məsələni növbəti dörd il üçün gündəmimizdən çıxarırıq. Bütün bu müddət ərzində Aİ-yə namizəd statusundan şantaj vasitəsi kimi istifadə olunub. Sülhə ən çox ehtiyac duyduğumuz bir dövrdə, xüsusən də Ukraynada müharibənin başlanğıcında bu, ölkəmiz üçün fəlakət idi. Məhz o zaman ölkəmiz namizəd statusu ilə bağlı şantajla üzləşməyə başladı, bu vəziyyət iki ilə yaxın davam etdi.
2022-ci ilin fevralından 2023-cü ilin dekabrına kimi bu şantaja məruz qaldıq. Həmin alət öz effektivliyini itirəndən və bizə namizəd statusu verildikdən sonra onlar üzvlük danışıqlarının başlanması ilə bağlı bizi şantaj etməyə keçdilər. Bu taktika üç ildir ki, davam edir və ancaq cəmiyyəti parçalamaq, qütbləşməni və radikalizmi qızışdırmaq üçün süni vasitə rolunu oynayır. Bu, bitməlidir. Ona görə də açıq mesajımız var: şantaja son qoyulmalıdır. Əgər həqiqətən də danışıqlara başlamaq istəyirlərsə, bunu təqdim etsinlər və mən bu gün imzalayacağam. Biz mövqeyimizdə qətiyik: bizim tərəfimizdən bu məsələ yaxın dörd il ərzində gündəmdə olmayacaq, ona görə də biz heç kimə şantaj vasitəsi saxlamırıq”, - deyə İrakli Kobaxidze bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya