Ukrayna ordusunun hava hücumundan müdafiədə istifadə etdiyi köhnə raketlər səbəbindən bir neçə döyüş təyyarəsini itirdiyi bildirilir.
Sherg.az xəbər verir ki, bu barədə ukraynalı bloqer və könüllü Taras Çmut Almaniya mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu ABŞ istehsalı olan AIM-9 Sidewinder və sovet istehsalı R-73 raketlərinin çatışmazlığı ilə üzləşib. Buna görə də hərbçilər daha köhnə və təhlükəli R-60 raketlərindən istifadə etməyə məcbur qalırlar.
Çmut bildirib ki, 1960-cı illərdə istehsal olunan R-60 raketləri buraxılış zamanı partlaya bilər. O, bu raketlər səbəbindən neçə təyyarənin itirildiyini açıqlamayıb.