Konqo DR Çaddan hərbi yardım istəyib

Konqo Demokratik Respublikası “23 mart hərəkatı” (M23) qruplaşmasının silahlıları tərəfindən ələ keçirilmiş Çopo əyalətində mübarizəni davam etdirmək məqsədilə Çaddan hərbi yardım istəyib.

Trend “RDC Times” portalına istinadən xəbər verir ki, Konqo DR Prezidenti Feliks Çisekedi bu məqsədlə artıq Çad rəhbərliyinə müraciət edib, lakin indiyədək Çad hökuməti tərəfindən hər hansı addım atılmayıb.

Portalın xatırlatmasına görə, Çadın Konqo Demokratik Respublikası ilə ümumi sərhədi yoxdur.