Kral ailəsində yeni gərginlik:  Şahzadə Harriyə verilən dəvət son anda ləğv edildi

Böyük Britaniya kral ailəsində gərginlik yenidən gündəmə gəlib. 

Sherg.az xəbər verir ki, məlumata görə, Şahzadə Harriyə Londonda səfərdə olarkən kral iqamətgahlarından birində qalmaq üçün edilən dəvət son anda geri götürülüb.

Harri tərəfi bildirib ki, təhlükəsizlik məsələləri ilə bağlı alternativ tədbirlər görüldükdən sonra təklif qəbul edilib. Lakin daha sonra Bukingem Sarayı qərarını dəyişərək yaşayış icazəsini ləğv edib.

Saray isə öz növbəsində Şahzadə Harrinin təklifə vaxtında cavab vermədiyini və bu səbəbdən iqamətgahda qalmasının mümkün olmadığını açıqlayıb.

Hazırda İngiltərədə bir həftəlik proqram çərçivəsində səfərdə olan Şahzadə Harri tədbirlərdə tək iştirak edir. Həyat yoldaşı Meqan Markl və övladları təhlükəsizlik səbəbindən ABŞ-də qalıblar.

Səfər çərçivəsində Harrinin atası kral III Çarlz və qardaşı şahzadə Uilyamla ilə görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.