Kral ailəsinin kölə ticarətiylə bağlantısı
Yusif Nəzərli
14:20 08.04.2023
Dünya
911
Kral Çarlz araşdırmaya izin verdi
İngiltərə Birləşmiş Krallığının başçısı, kral III Çarlz tacqoyma mərasiminə hazırlaşdığı bir vaxtda tarixi həqiqətlərlə üz-üzə gəlib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Mançester Universiteti Tarixi Krallıq Sarayları ilə birgə tədqiqata başlayıb. Tədqiqat XVII və XVIII əsrlərdə Bekingem sarayı və kral sülaləsinin qul ticarətində nə dərəcədə rol aldığını əhatə edir. Tədqiqatçıların məqsədi həm də Birləşmiş Krallığa aid ərazilərdə qul ticarətinin olub-olmamasını araşdırmaqdır. “Guardian” qəzetinin yazdığına görə, kral ailəsi belə bir tədqiqatın aparılmasına ilk dəfədir ki, razılıq verir. Kral III Çarlz bu məsələdə loyal münasibət sərgiləyir. Kral arxivlərin açılmasına, kolleksiyaların incələnməsinə razılığını ifadə edib. Kral Çarlz köləliklə bağlı araşdırmalara dəstək verdiyini də bildirib. Qeyd edilir ki, bundan öncə “Guardian” qəzeti Böyük Britaniya monarxiyasının 270 illik bir dönəmdə kölə ticarətiylə bağlı olduğunu, 12 kral və kraliçanın bu ticarətdə iştirak etdiyini və kölə ticarətindən əldə olunan gəlirləri açıqlamışdı. Belə bir araşdırmaya kralın dəstək verməsi isə ilk dəfə baş verir. Araşdırmanı dəstəkləməklə Kral III Çarlz ilkə imza atıb. Araşdırmanın 2026-cı ildə tamamlanacağı gözlənilir. Kral III Çarlzın tacqoyma mərasimi isə may ayının 6-na planlaşdırılıb. Mərasim Vestminster Abbeydə düzənlənəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə