Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general- leytenant Fanil Sarvarovun ölümü barədə məlumatlandırılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, xüsusi xidməti orqanları dərhal hər şeyi prezidentə məruzə edirlər.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın cənubunda avtomobil partladılıb. Nəticədə sürücü aldığı qəlpə yaralarından ölüb. Məlum olub ki, avtomobildə partladılan Rusiya MN Baş Qərargahının idarə rəisi general-leytenant Fanil Sarvarovdur.
Onun avtomobilinin oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulduğu bildirilib.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, ilkin versiya kimi Ukrayna kəşfiyyat orqanlarının cinayəti törətdiyi ehtimal olunur.