Krımda Rusiyanın Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün Moskva vaxtı ilə saat 11:00 radələrində Krım Respublikasında Su-30 təyyarəsi planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarə sursatsız uçub. Təyyarənin ekipajı katapult edib və yerüstü axtarış-xilasetmə qrupu tərəfindən təxliyə edilib. Pilotların həyatı üçün heç bir təhlükə yoxdur", deyə məlumatda qeyd olunub.