Kruiz gəmisində hantavirus yayıldı: Ölənlər var

Argentina - Kabo-Verde marşrutu üzrə hərəkət edən "MV Hondius" kruiz gəmisində ehtimal olunan hantavirusun yayılması nəticəsində azı üç nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, təşkilat Atlantik okeanında üzən kruiz gəmisində baş verən vəziyyətlə bağlı məlumatlandırıldıqdan sonra dəstək göstərir.

"Altı yoluxmuş şəxsdən üçü həyatını itirib, bir nəfər isə hazırda Cənubi Afrika Respublikasında reanimasiya şöbəsindədir", - deyə o bildirib.

Qeyd olunub ki, hazırda gəmidə hantavirusla bağlı bir yoluxma halı laboratoriya ilə təsdiqlənib, daha beş hal isə şübhəli sayılır.

Hantaviruslar, əsasən, kiçik məməliləri yoluxduran virus ailəsidir, lakin insanlara da keçə bilər. Ağır hallarda yoluxanlarda ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma inkişaf edə bilər.