Kuba və Amerika nümayəndə heyətləri arasında görüş olub

Kuba və Amerika nümayəndə heyətləri arasında görüş olub.

Teleqraf xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Mən təsdiqləyə bilərəm ki, bu yaxınlarda Kubada Kuba və Amerika nümayəndə heyətləri arasında görüş keçirilib. Görüş zamanı heç bir tərəf təhdidedici bəyanatlar verməyib. Bütün müzakirələr peşəkarcasına aparılıb. Ölkəmizə qarşı enerji embarqosunun ləğvi nümayəndə heyətimiz üçün əsas prioritet idi" - Kuba Xarici İşlər Nazirliyinin ABŞ ilə Əlaqələr Departamentinin baş direktor müavini Alexandro Qarsiya del Toro bildirib.

Onun sözlərinə görə, ABŞ-nin embarqosu Kuba əhalisinə qarşı əsassız cəzadır: "Bu, Kubaya yanacaq ixrac etmək hüququna malik olan suveren dövlətlərə qarşı qlobal şantaj formasıdır".