Rusiya xarici işlər naziri Sergey Lavrov diqqətə çatdırıb ki, zaman dəyişir və Afrika sürətlə çoxqütblü dünya düzəninin əsas mərkəzlərindən birinə çevrilir.
Sherg.az-ın məlumatına görə, Lavrov bildirib ki, Afrika “ikinci oyanış” dövrünü yaşayır. O qeyd edib ki, siyasi müstəqillik uzun müddət əvvəl əldə edilsə də, afrikalı ölkələr indi suverenliklərinə hörmət edilməsini və resursları ilə gələcək barədə müstəqil qərar vermək hüququnu daha fəal şəkildə tələb edirlər.
Bu açıqlama Rusiya–Afrika Tərəfdaşlığı Forumunun ikinci nazirlər konfransında verilib.