
Lavrov ATƏT-in fəaliyyətsizliyi haqqında çoxdan söylənilməli olan məqamları dilə gətirdi -Açıqlama
11:55 06.12.2024
Dünya
351
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qarşısına qoyduğu vəzifələr çərçivəsində ən azı müəyyən mənada faydalı ola biləcəyi sahələr qalmayıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasında çıxışı zamanı deyib.
Rusiya XİN başçısı vurğulayıb ki,
elə bir sahə qalmayıb ki, ATƏT öz səlahiyyətləri çərçivəsində birbaşa suallara cavab tapmaqda ən kiçik də olsa faydalı rol oynaya bilsin. ATƏT daxilində real siyasətdə nə əməkdaşlığa, nə də təhlükəsizliyə yer qalmayıb. Qeyd edək ki, Lavrov Maltada ATƏT Nazirlər Şurasında Rusiya nümayəndə heyətinə rəhbərlik edir. Bu, Ukrayna müharibəsi başlayandan sonra Rusiya XİN başçısının Avropa İttifaqı ölkəsinə ilk səfəri olub.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Sergey Lavrovun Maltada həyata keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər 2020-ci ildə cənab Prezident İlham Əliyevin açıqlamalarının təkrarıdır:

“2020-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvləri gəlib prezident ilə görüşmək istəyəndə İlham Əliyev söylədi ki, "mən sizi görüşə çağırmamışan və fəaliyyətinizə ehtiyac yoxdur". Eyni zamanda ATƏT-in Minsk qrupunu heç bir fəaliyyət göstərməməkdə ittihan etdi. İndi də Lavrov mətbuat konfransında ATƏT-in Minsk qrupu haqqında ittihamlar bir daha dilə gətirib. Digər tərəfdən Lavrov çıxış etdiyi vaxt Ukrayna nümayəndələri məkanı tərk etdi ki, bu da Rusiyanın konfransda iştirakına protest idi. Amma Rusiya uzun illərdən bu yana Avropanın təşkil etdiyi bir konfransda iştirak etmək imkanı əldə etmişkən Avropanın qərarları və ATƏT-in fəaliyyətsizliyi haqqında çoxdan söylənilməsi lazım olan məqamları dilə gətirdi. Lavrovun danışmasında diqqət çəkən bir hissə isə Kosovanın müstəqillik qazanmasının xalqların şəxsi müqəddaratını bərpa etmək prinsipinə uyğun olaraq həyata keçirilməsini dilə gətirməsidir. İndiyə qədər heç bir xalqın şəxsi müqəddaratını təyin etmək hüququnu tanımayan Avropanın sadəcə Kosovanın bu hüququ əldə etdiyini vurğuladı və buna görə Qərbi ikili standartlarda ittiham etdi. Avropanın bir çox bölgəsində xalqlar müstəqillik istəyərək ayrılmaq niyyətindədir. Avropa isə öz maraqları çərçivəsində olan dövlətlərin torpaq bütünlüyünü qoyurur, marağında olmayan ölkələrin milli manafelərini heçə sayaraq tərkibindəki azlıqların suverenlik elan etməsini yardım göstərir. Eyni ikili prinsip Azərbaycan-Ermənistan münaqişəsində də özünü büruzə vermişdi. Avropa tərəfi Qarabağda yaşayan ermənilərin "milli mənafeyini qorumaq" məqsədilə "suveren" dövlət yaratmaq arzusunu həyata keçirməyə kömək edə bilərdi. Amma Azərbaycan təşəbbüsü ələ alaraq BMT-nin və ATƏT-in qərarlarını təkbaşına həyata keçirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya