Lavrov: “Böyük yeddilik” bu adı anlaşılmazlıq səbəbindən daşıyır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində “Böyük yeddilik”in (G7) bu adı “anlaşılmazlıq səbəbindən” daşıdığını bildirib.

Sherg.az xəbər verir ki, Lavrov Rusiya Prezidenti Vladimir Putinin də G7 ilə bağlı oxşar fikirlər səsləndirdiyini xatırladıb.

Qeyd edək ki, Putin BRİKS tədbirlərində çıxışı zamanı dünya iqtisadiyyatının dəyişdiyini və əvvəlki liderlərin yerini yeni inkişaf mərkəzlərinin tutduğunu bildirib. Onun sözlərinə görə, BRİKS ölkələri qlobal iqtisadi artımın əhəmiyyətli hissəsini təmin edir və dünya iqtisadiyyatındakı artımın yarısı onların payına düşür. G7 ölkələrinin payı isə təxminən 29 faizdir.