Lavrov Ermənistanın KTMT ilə bağlı ittihamlarına cavab verib
Lavrov Ermənistanın KTMT ilə bağlı ittihamlarına cavab verib
11:00 19.04.2024
Dünya
431
2020-ci ildə KTMT-nin İrəvanda keçirilən sammitində sənəd razılaşdırılmışdı, bütün nazirlər onu təsdiqləmişdi.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sənəddə sərhədin mühafizəsi üçün əlavə silahların verilməsi, xüsusi təlimlərin keçirilməsi və KTMT missiyasının sərhəddə yerləşdirilməsi öz əksini tapmışdı: “Bu, faktdır. Lakin səhəri gün sammiti açan Ermənistan Baş naziri dedi ki, konsensus əldə etmək alınmayıb”.
Lavrov Avropa İttifaqı Missiyasının yerləşdirilməsi ilə bağlı da danışıb və qeyd edib ki, bu missiya iki aylığa vəd edilib, lakin indi müddətsiz olub: “Orada artıq kanadalılar da var. Hətta NATO-nun digər üzvlərini cəlb etmək istəyirlər. Bu, artıq Avropa İttifaqı yox, NATO missiyası olacaq”.
Lavrov Ermənistanın KTMT-nin ünvanına səsləndirdiyi ittihamlara da cavab verib.
XİN rəhbəri vurğulayıb ki, Ermənistan rəhbərliyi hələ ölkə sərhədlərinin müəyyənləşdirilməsini başa çatdırmayıb və belə bir şəraitdə KTMT-nin Ermənistanda məsuliyyət zonasının göstərilməsinin zəruriliyindən danışmaq tezdir: “Ona görə KTMT öz məsuliyyət zonasını müəyyən etməlidir deməzdən öncə, Ermənistanın sərhədləri müəyyən olunmalıdır, delimitasiyanı sona çatdırmaq lazımdır. Hansı ki, indi Ermənistan rəhbərliyi bununla məşğul olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya