“Livanın maraqları İranın maraqları ilə uzlaşmır, Tehran ABŞ və İsraillə müharibəsində ölkəmizdən sövdələşmə vasitəsi kimi istifadə edir”.
Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.
O bildirib ki, İran Livana kömək etmək üçün heç nə etmir və bunun bədəlini livanlılar ödəyir.
Cozef Aun əlavə edib ki, İsraillə atəşkəs kövrəkdir, Livan yenidən ən ciddi regional münaqişələrdən birinə cəlb olunub.
Livan Prezidenti İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) da tənqid edib: “Bura sizin yox, bizim ölkəmizdir”.
Aun İranı Livanın daxili işlərinə müdaxiləni dayandırmağa çağırıb.